Dəccal (2)
Bizə tək gözlə baxıb, üz çevirib yan danışan,
Bu baxış simvoluvun parçasıdır, can danışan. Sizə dəccal nə demək, nəzmə çəkim, ərz eliyim, Haqqı batil danışan, batili əlvan danışan. Aç bəsirət gözünü, görmək üçün dəccalı sən, Qəlbi şeytanla vurandır, dili iman danışan. Çoxalıb tülkü, fırıldaq başıəmaməlilər, Bizə fətva verərək ayeyi Quran danışan. Ey Anar haqqı denən, sən Əlinin övladısan, Olma xəlvətdə qalıb haqqını pünhan danışan. Müəllif: Anar Əhəd |