Ne olduğun bilemmez.
Nə olduğun biləmməz...
Əyri yolla haram tikə yeyənlər, Haqq işini haqqsızlıqla əyənlər, Rüşvətxora fərasətli deyənlər, Haqq yolundan sapıb, haqqa gələmməz, Halallığın nə olduğun biləmməz... Əqidəsiz nəfsi pulda olanlar, Göz doymayıb daim rüşvət alanlar, Dövlət malın kəsəyən tək çalanlar, Ürəyindən xəbisliyi siləmməz, Halallığın nə olduğun biləmməz... “Haqq işləri bil nazilər, əyilməz”, Yetim haqqı haram olar, yeyilməz, Ağa qara, qaraya ağ deyilməz, Şərəf, vicdan, tamahkirlər diləməz, Halallığın nə olduğun biləmməz... Həris kürsü xəstələri kalandı, Qəlblərində din, iman da talandı, Sözləri, andları bilin yalandı, Haqq ələyi bunları heç ələməz, Halallığın nə olduğun biləmməz... Bayram, özün, çox görmüsən əzəni, Çirkli suda balıq kimi üzəni, Millətimə hiylə, tələ düzəni, Bunlar bizim xoş günlərə güləmməz, Halallığın nə olduğun biləmməz... |
Kalemin susmasın
____________________________Selamlar