Düzle kalandan danışaq.
Düzlə qalandan danışaq.
Vaxtımız olmaadı ki düzlə qalandan danışaq, Rüşvəti qazanc bilən harın filandan danışaq... Sözdə haqq,işdə isə tamah pula baş əyirik, Nəfisdən çox itiyik,nəfislə sirdaş əyirik, Pul olan yerdə çaşıb göz yumub qardaş əyirik, Bir azda yolun azan haqqa talandan danışaq, Vaxtımız olmaadı ki düzlə qalandan danışaq, Rüşvəti qazanc bilən harın filandan danışaq... Hələ mən söyləmirəm söz verib sözdən qaçanı, İnsanın qanın içib qudurğan “göy”lə uçanı, Millətə vədlər verib xəlvəti kürsü qucanı, Yeri gəlmişkən elə üzdə olandan danışaq, Vaxtımız olmaadı ki düzlə qalandan danışaq, Rüşvəti qazanc bilən harın filandan danışaq... Arzumuz,istəyimiz iz salıbdı xəyallara, Bu gediş ömür-günü sürüyəcək bilməm hara? İşimiz tərs gətirir,qəlbdə açılıbdı yara, Bəlkədə ilan kimi bizi çalandan danışaq, Vaxtımız olmaadı ki düzlə qalandan danışaq, Rüşvəti qazanc bilən harın filandan danışaq... Əqli rüşvət çəlləyi inanma haqla düzələ, Qeyrəti cibindədi,vicdanı dönüb xəzələ, Xəyalı pul yığmaqdır,baxammır haqla əzələ, Deyərdim yükləndiyi ağır yalandan danışaq, Vaxtımız olmaadı ki düzlə qalandan danışaq, Rüşvəti qazanc bilən harın filandan danışaq... İnsanlıq mənliyini itirən hər kəsə yazıq, Qarnı baş yerindəki yaltaq sifət üzə yazıq, Burnundan irəlini görməyən kor gözə yazıq, Beləcə aldanılan nadan palandan danışaq, Vaxtımız olmaadı ki düzlə qalandan danışaq, Rüşvəti qazanc bilən harın filandan danışaq... |
Azerbaycan Türkçesini iyi bilen biri çeviri yapsa da şiiri daha iyi anlamak isteyenlere,
güzel bir örnek eser olsa idi yürekler ne hoş olurdu.
Sitemizde, Türkçe zenginliğine örnek eseriniz için tebrik ederim.
Sağlık dileğimle Selâm ederim.
kadiryeter Kadir Yeter. 27.6.2016 TRABZON.
tp://edebiyatdefteri.com/siir/1031817/duzle-kalandan-danisaq
Bayram Məmmədov