Daim gereyi...
Daim gərəyi...
Sirli davranışın qəlbimi didir, Sənin o sevginə şübhə var məndə... Fikirin qəribə bir aləmdədir, Xəyalın nələri yaşadır,səndə? Əgər sevirsənsə,söylə sevirəm. Sevmirsən,qəlbimi tar-mar eyləmə. Sevirsən,bu eşqi birgə yaşadaq, Sevmirsən sən məndən sevgi diləmə... Söz ilə sevmək yox,qəlbinlə danış, Sevgi sevənlərin təmiz ürəyi... Gələcək həyatın düşünənlərin, Xoşbəxtlik yolunda daim gərəyi... Sevirsən astaca söylə,sevirəm, Qəlbimdə eşqinin yerin saxlayım... Naz ilə,həsrətlə qəlbimə girsən, Məcburam eşq qapım sənə bağlayım... |
Güzel Kutlu dileklerimle Kutlarım.
Çok çok Beğendim.
…………………. Saygı ve Selamlar…