GEDİREM...
Gedirəm...
Mailə Dağlının qəzəlinə. Həsrətin yanğısından eşqdən nigaran gedirəm, Edibsən nazın ilə qəlbimi şan-şan gedirəm. İnamım yüklənibdi eşqin ilə həsrət,qəmə Tərk edib sən kimi də bir belə canan gedirəm. Eşqimin varlığıydın,sındırıb onu bilmədən, Sevdama zalım məni eylədin peşman gedirəm. Sənin eşqinə canım eyləmişdim bil ki fəda, Eylədin yavaş-yavaş sən onu viran gedirəm. Sızladır qəlbimi zalım camalın dözməyirəm, Yaratdın nədən elə bir belə tufan?-gedirəm. Çox əcəb şahmata bənzər bir oyun oynayırsan, Olaraq bu oyunda qaydaya heyran gedirəm. Bəsləyib eşqin ilə bir belə sevdalı edib, Qəlbimə hakim olub eylədin nöqsan gedirəm. Tərkini etməmişdən Bayram sənin bu eşqinə, Qurular sevda divan,eyləmə güman gedirəm. 07.12.2015. |