O güldən gedir...
Dünya həmən dünya, qardaş nədənsə,
İnsan cılızlaşır, ar əldən gedir... İnsanlıq adına yamaq olanlar, Şər-böhtan tərəfə əzəldən gedir... İnsandır dağıdan ormanı, düzü, İş ilə düz gəlmir, dediyi sözü, Talana qalıbdır dünyanın özü, Nə olur insana, əməldən gedir. Başımız üstünü çən-duman alıb, İnsan, insanlığı tələyə salıb, Dünya özündədir, necə var qalıb, Qısa ömürümüz də ay, ildən gedir. Gənclik illərində canın “yar” alır, İllər çox tez ötür ömür daralır, Vaxt yetir yarpaq tək ömür saralır, Sevdiyi həyatdan, bu eldən gedir. Bayram da çox gəzib, çox da dolandı, Həyata bağlanıb, eşqə calandı, Bir ömrü var idi, o da talandı, İnciyib sevdiyi, o güldən,gedir... |