Q O R X U R A M...Gözlərinin odu məni yandırır, Çək gözünü,mən gözündən qorxuram. O baxışın çox söz mənə andırır, Baxışının həm özündən qorxuram. Hər baxışın öz çəmi,öz yönü var, Baxış var ki çaşdırıcı”ünü” var, Baxış da var yandırıcı günü var, Bu baxışın sərt üzündən qorxuram. Baxış var ki yana-yana yandırır, Məhəbbətin eşq gücünü andırır, Eşq atəşin qanmayana qandırır, Mən bu eşqin od,közündən qorxuram. Gözün mənim göz odumu alıbdır, Eşqin məni eşq qəfəsə salıbdır, Ürəyimdə o sərt baxış qalıbdır, Eşqin yalan,həm düzündən qorxuram. Qulağı dinc gəzərdim mən könlü tox, Yox idi heç eşqə həvəs,istək yox, O baxışın sancdı qəlbə bir eşq ox, Eşqin səbir,həm dözündən qorxuram. Bayram,eşqin saf adına yara sən, Məhəbbətlə eşqlə sevgi ara sən, Elə sev ki,düşmə səhvlə dara sən, Sevdiyimin yox sözündən qorxuram... |
Kutlarım…
................................................... Saygı ve Selamlar.