DÜŞÜNCƏLƏR AXINI
Kaş ki yağış yağaydı,
Günahlarmı yuyaydı, İçimdəki nisgilimi, ahlarımı yuyaydı. Alaydı ürəyimdən bu səfeh diləkləri, Yağaydı narın-narın, yuyaydı küləkləri. Qoca qarı qapanıb, qapanıb komasına Corab toxuyan təki oğlunun balasına, Allah torba toxudu Mən bəxti qarasına. Gecə-gündüz hey yudum Göz yaşımla bəxtimi, Bəlkə çıxa qarası. Mən susuram,siz deyin, Mənə düşən bəxtdimi?! Yoxdu dalı, qabağı, Bilinmir heç harası. Heç olmasa bir dəfə gülə üzümə Allah, Aça qulaqlarını, Dinə sözümə Allah. Al sənin olsun canım, Dəymə qızıma, Allah. |
severek oxudum
Üreyin şad olsun
...................................Salam olsun Ata torpaxıma