BİLEYDİM
BİLƏYDİM
Yenə də Şindinin qoynuna gəlib, Dırmaşıb boynuna çıxa biləydim. Əlimi çəpəki alnıma qoyub, Kəndin hər yanına baxa biləydim. Uşaqlıq illəri qaytarıb dala, Bənövşə oynunda quraydıq qala, Pioner marşıyla çıxaydıq yola, Qırmızı qalustuq taxa biləydim Keçəydim komsomol ədası ilə, Idrakın, təhsilin əbası ilə, Böyük kommunizmin sədası ilə, Kapital qəsrini yıxa biləydim. Haqqımı alaydım, haqqın içində, Insanlıq olaydı bircə biçimdə, Dünya bizi qoymayaydı seçimdə, Coculu, əlini sıxa biləydim. |
Yüreğin kalemin var olsun
-..............................Selamlar