Kişi
Elnur Rəsuloğlu (Əliyev)
Abdulla Məmmədə Gələn təhlükəni öncədən duy, sez, Getdiyin bu yoldan nə usan, nə bez. Ümid edirəm ki, ya gec, ya da tez Səni başa düşən tapılar, kişi! Şair, ürəyindir yanıb dağlanan, Şeirdir dilinin altda saxlanan. Namərd tərəfindən qəsdən bağlanan Açılar üzünə qapılar, kişi! İlham pərisidir yatan dizində, Heç vaxt boğulmadın söz dənizində. Quba şəhərinin düz mərkəzində Möhtəşəm heykəlin yapılar, kişi! |