Qadın
Elnur Rəsuloğlu (Əliyev)
Fərqanə Mehdiyevaya Gör neçə müddətdir, gör neçə vaxtdır Məni axtarmırsan, gəzmirsən, qadın! Könül sirdaşına, ürək dostuna Nifrət bəsləməkdən bezmirsən, qadın! Gəl tök ətəyindən, at daşlarını, Gizlətmə, qaçırma baxışlarını. Haqsızlıq görəndə göz yaşlarını Saxlaya bilmirsən, dözmürsən, qadın! Hərə bir xatirə, lövhə aparır, Doğru saydığımız səhvə aparır. Küdurət insanı məhvə aparır, Yanlış etdiyini sezmirsən, qadın! |