Qarışqa
Elnur Rəsuloğlu (Əliyev)
Dəyişib bir başqa olmaq istərdim, Doğula bilsəydim ikinci kərə. Zəhmətkeş qarışqa olmaq istərdim, Dünyaya gəlsəydim ikinci kərə. Tənbəl də deyiləm inanın mənə, Özümdən həmişə narazıyam mən. İç üzü açılıb insanın mənə, Qarışqa olmağa tam razıyam mən. Yayda soyuq qışa hazırlaşanda Qarışqa belində çox yük görünür. İnsan kiçiləndə, cılızlaşanda Qarışqa insandan böyük görünür. |