Kədərim
Elnur Rəsuloğlu (Əliyev)
Bağrımın başını boyayıb qana Ürəyimi deşdi, dəldi kədərim. Ömür tərəzimdə qoydum yan-yana, Sevincimdən ağır gəldi kədərim. Oğul istəyirəm, dözə, dayana, Dərdlərimlə ortaq, əldir kədərim. Yüz yol məni çağır, çək imtahana, Hər çətin misala həldir kədərim. |