QORXURAM DAĞLAR DA BAĞIŞLAMASIN(Şairə Əzizə Həsənova ilə deyişmə) Əzizə: Həsrətin könlümdə məlhəm toxuyur, Səsin qulağımda sitəm oxuyur. Sən yoxsan dünyam da yox olub sanki, Ararya dağları mən qoymadım ki? Tural: Həsrətdən danışma həsrətəm sənə, Saçım da ağarır lap dənə-dənə. Nə olar, sevdiyim, mənə inan ki, Ararya dağları mən qoymadım ki? Əzizə: Suallar beynimdə yığın-yığındır, Məni dərdə salan ayrılığındır. Sənsizlik sağalmaz yaradır bil ki, Ararya dağları mən qoymadım ki? Tural: Bax, artıq danışır cavabı qələm, Kim deyir ayrılıq səbəbi mənəm? Sən Allah, vicdanla düşün bir an ki, Araya dağları mən qoymadım ki? Əzizə: Var olan eşqinlə barışmaq çətin, Gizlənib yoxluqlar qaçarağında. Dağları aradan götür, sevdiyim, Səbri tükənibdir o dağların da. Tural: Sən barış var olan yoxluq eşqimlə, De ki, bezməmisən bu qaçışından?! İstəsən, sevdiyim, danışım sənə, Mən varkən mənsizlik axtarışından. Əzizə: Mən dağa söykənim, sən mənə söykən, Arada aşılmaz sərhəd olmasın. Qorxuram sitəmkar heyiflərimiz, Bir ömür boyunca bağışlanmasın. Tural: Məncə, bağışlanan bir şey yoxdu ki, Bizi biz edibdi uca Yaradan. Sadəcə bir şeyi istəyir o da, Qoyduğun dağları götür aradan. |
Yüreğine kalemine sağlık
Kutluyorum
___________________________________________________Saygılar selamlar