ÇİRKİN VARLIQLAR
(Fahişeler hakkında yazdığım şiir)
Sənin yoxdu heç kimin, Kimsə dərdini bilməz. Kişilər içinə girər, Amma qəlbinə girməz... Qürur satmaq,qeyrət satmaq, Hər gün biriylə yatmaq, Əgər fahişəlikdirsə, -Bəzi kişilər ən böyük fahişədir, qadın. Qınamıram əsla səni, Kim bilir daşıdığın, Nə qədər sirlər vardır. Kim bilir yaşadığın, Nə cürə illər vardır... Səndə də günah yoxdu, Yaralar döydü səni, Gündüzlər söydü səni, Atıb özünü gecəyə, Sən oldun gecə qızı. Küçələri hamilə Qoyan kişilərdən, Doğuldun, küçə qızı. Sən ağlamağı, Qəhqəhə çəkdiyin alçaqların qucağında, Sən qadından ətə dönməyi, Ya ər, ya bir ata ocağında öyrəndin qadın. Qulaqların söyüşü, Dodaqların öpüşü, Kişilərdən öyrəndi qadın. İçində ölən uşaqların, Yetim qalmış arzuların tək, Bir gecəlik baxışların, Qorxu dolu yuxuların tək, Bəlkə də bir gün bitəcək. Bakirəliyini itirmək, Qadınlığını itirmək deyil. Sən qeyrətini yox, ərini, atanı itirmisən qadın! Sən heç bir kişinin, Qəlbindəki qadın ola bilməzsən deyə, Qadınlığını itirmisən, qadın. Arada-sırada eşidirəm ki, Sənə mədənicə deyirlər həyat qadını... Qadın həyatı yaşaya bilmədiyindəndi yəqin. Və heç vaxt unutma... Hamıya gülmür həyat, Hamı xoşbəxt ola bilmir. Sənin belə olmağın, Bəlkə də həyat işidir. Həyatın oynamağa adət etdiyi, Sıradan bir vərdişidir. Dünyanın ən çirkin varlığı, Sən deyilsən, bil ki qadın, İşini bitirdikdən sonra, Yanına sərilən kişidir. |