QARDAN ADAMLAR
Qış gəlir insanlar tələsir yenə,
Qış gəlir çirkliyi örtür bəyaz qar. Ən gözəl tərəfi isinmək üçün, Əlini bərk sıxır öz yarının yar. İnsanlar üşüyür tez gəlir evə, Adam var qış boyu daim deyinir. Ən yaxşı tərəfi məncə budur ki, Qış gəlir qızlar da qalın geyinir. Şəhərin örtülür abrı azacıq, Qış gəlir dalğa yox, üşüyür dəniz. İlk qarın sevinci ayrıdır bir az, Və dərhal qartopu oynayırıq biz. Qış gəlir çoxalır burnu qızaran, Və qardan yeyərək ləzzət alanlar. Nə vaxt ki, qar yağır böyük həvəslə, Dərhal düzəldirik qardan adamlar. Hamısı geridə qaldı bunların, İndi qar yağanda çirklənir şəhər. Yoxdu ki, aşiqlər əl-ələ gəzən, İndi əl üşüsə əlcək geyinər. Qış tək soyuqlaşır insanlar daha, Qış da bu soyuğu saxlaya bilmir. Göydən təpəmizə yağan bəyaz qar, Qızların abrını bağlaya bilmir. Buludun əvvəlki həvəsi yoxdur, Əvvələr baxırdıq qar çatıb dizə. Qar da buzlaşıbdır qara oxşamır, Bəlkə də mələklər ağlayır bizə. Başqa fəsilə də yoxdur ki, həvəs, Sən insan övladı pul üçün tələs. Qardan adamlar da dəymir gözümə, Qartopu oynamaq istəmir heç kəs. Qar qız, qardan adam, şaxta babalar, Qışın soyuğundan qara dönübdür. Günəş də isitməz qəlbdəki buzu, Daşlaşıb ürəklər dağa dönübdür. Daha gözləmirəm qışı həvəslə, Ümidim baharda, yayda qalıbdır. Şaxta babalar, qardan adamlar, Xalqın ürəyindən uzaqlaşıbdır. |