EŞİT,EY GÜL...(qəzəl)
Eşit,ey gül,sevirəm mən səni divanə kimi,
Dolaşır hər yeri aşiqliyim əfsanə kimi. Nə qədər həsrətini çəkməliyəm,söylə görüm?! Yanıram atəşinə hər gecə pərvanə kimi. Məni gəl eşq kəməndində əsir eylə yenə, Dolaşım saçlarına sübh-səhər şanə kimi. Yumuram gözlərimi,məst oluram,ləli-ləbin Görünür gözlərimə mey dolu peymanə kimi. Çevirib gül üzünü bir gələsən mən tərəfə, Açaram könlümü mən sevginə kaşanə kimi. Sənin eşqində,gözəl,dönmərəm əsla geriyə, Apara yollar əgər lap məni zindanə kimi. Çox gözəllər görüb ömründə inan,bil ki Fəda Götürər təkcə səni rövzeyi-Rizvanə kimi. |
Şahane bir eser, gönülden kutluyorum şair gardaşımı..
________ Selamlarımla esen kal.