1 MAY KORKUSU
1 MAY QORXUSU
Bu gün zəhmətkeşə şərəf gətirən Əmək bayramını ayaqlayırlar. Bu şanlı dalğanı qanla yatıran, Despotlar sərsəmcə sayıqlayırlar. Nədir bu dalğanın, nədir qorxusu? Dünyanı quranlar nümayiş edir. Qorxudan zalımın qaçır yuxusu, Məzlumlar zamana fərmayiş edir! Zalımın zülmünə qarşı çıxırlar, Demək istəyirlər: - dayanın, durun. Artıq irəliyə doğru baxırlar, Deyirlər: - haqq ilə dünyalar qurun! Bir gün bu məzlumlar üsyan edəcək, Tapdanmış haqqını qorumaq üçün. Ölümə, zülümə qarşı gedəcək, Sadə bir insan tək yarımaq üçün. |