YURDUMUZA GƏLDİ YAZ
Əridi dağlarda qar,
Coşdu, qaynadı sular. Döndü köçəri quşlar: Bülbül, ördək, durna, qaz, Yurdumuza gəldi yaz. Yaşıllaşdı dağ, meşə, Ətir saçdı bənövşə. Həvəsdən gəlib cuşa Könlüm eylədi pərvaz, Yurdumuza gəldi yaz. Çiçək açdı ağaclar, Al rəng aldı yamaclar. Nəğmə dedi turaclar, Səsləndi bir xoş avaz, Yurdumuza gəldi yaz. Günəş şəfəqin saldı, Soyuq arxada qaldı. Vaxt çatdı,yenə oldu Gecəylə gündüz taraz, Yurdumuza gəldi yaz. Vətən bənzər gəlinə, Çıxaq onun seyrinə. Nəğmə deyək şəninə Sinə üstdə telli saz, Yurdumuza gəldi yaz. |