Türk İdik, Yenidən Türk Eylədilər
TÜRK İDİK, YENİDƏN TÜRK EYLƏDİLƏR.
Məntiqə söykənib, elmin gücüylə, Dünyanı idrakla dərk eylədilər. Etiqad axtaran xurafatçılar. Həyatı qanmadan tərk eylədilər. Yüz illərlə göz açıb göyə baxdılar, Insan zəkzsıyla Aya çıxdılar. Yerin bayrağını ərşə taxdılar, Göylərin şahına ərk eylədilər. Istibdadı içimizə dürtdülər, Ağzımızı qıfıllayıb örtdülər, Danışanı yavaş-yavaş yortdular, Zalımın zülmünü bərk eylədilər. Siyasət ilə din qardaş oldular, Ağlımızı başımızdan aldılar, Bu dünyanı yaman günə saldılar. Tanrının adından görk eylədilər. Ay Coculu, özümüzü bilmədik? Azdırdılar , doğru yola gəlmədik, Zaman-zaman adımızla ölmədik, Türk idik, yenidən Türk eylədilər. |
Kutluyorum kalemini
Yüreğin var olsun
_____________________________________________Saygılar selamlar