GƏL,EY KÖNLÜMÜN BAHARI.İlk baxışdan sevdim səni, Gəl, ey könlümün baharı! Unutdum dumanı, çəni, Gəl, ey könlümün baharı ! Eşqin mənə daim əziz, Ləblərin hər şeydən ləziz. Bədənin büllurdan təmiz, Gəl, ey könlümün baharı! Zülflərindir gur şəlalə, Dodaqların zərif lalə. Çəkərəm mən sənsiz nalə, Gəl, ey könlümün baharı ! Kirpiklərin, sanki oxdur, Tayın-bərabərin yoxdur. Etibarım bil ki, çoxdur, Gəl, ey könlümün baharı ! Valeh etdi məni gözün, Dilsiz yetdi mənə sözün. Lazımsan sən mənə özün, Gəl, ey könlümün baharı ! Eşq atəşiylə yanaram, Səni sevgilim sanaram. Sən gəlməsən mən qınaram, Gəl, ey könlümün baharı ! Gəl, ey eşqimin nübarı ! |