ÜRƏYİMDƏ FIRTINA..
Ayrılığın köksümə sağalmaz yara saldı,
Məhəbbət səmasını qara buludlar aldı, Sənlə olan baharım,yayım geridə qaldı. Necə yola verərəm mən payızı,mən qışı, Ürəyimdə fırtına,gözümdə yaz yağışı?! Sənsiz keçməyir,inan,xoş dəqiqəm,xoş anım, İnsaf eylə,qoyma sən mən alışım,mən yanım, Sevgidə yoxdur mənim bircə kəlmə yalanım. Qəm-qüssədən çoxalıb alınımın qırışı, Ürəyimdə fırtına,gözümdə yaz yağışı?! Hicranına,a zalım,artıq dözmür ürəyim, Kimsə lazımım deyil,təkcə sənsən gərəyim. Vüsalına yetişmək fikrim,arzum,diləyim, Axtarıram səninlə hər nə yolla barışı, Ürəyimdə fırtına,gözümdə yaz yağışı?! İndi sorğularıma gəl cavab ver,Fədakar, Sən oldun,yoxsa ki mən bu möhnətə səbəbkar? Həyatın yollarında həm eniş var,yoxuş var, Sənsiz necə gedərəm bu enişi,yoxuşu, Ürəyimdə fırtına,gözümdə yaz yağışı?! |