VƏTƏN HƏSRƏTİ
“Köç-köç oldu, köçdü ellər, obalar,”
Odu söndü, soyuq qaldı sobalar, Bu dünyadan nisgil getdi babalar, Soruşma gəl, haralısan, haralı? Vətənimin köksü qalıb yaralı. Yurdumuzu viran qoydu yağılar, Dilimizdən indi düşmür ağılar, Belə getsə köksüm başı dağılar, Yurd həsrəti rəngim edib saralı, Vətənimin köksü qalıb yaralı. Ürəyimi alıb qüssə, qəm, kədər, Elə bil ki, ömür keçir boş, hədər. Ağkilsədə uyuyubdu Ələsgər, İndi onun qəbri bizdən aralı, Vətənimin köksü qalıb yaralı. Zəngəzuru tutub çisgin, duman, çən, Başaratda gülə həsrət göy çəmən. Fəda, heç vaxt unutma gəl, bunu sən: Tora düşüb o dağların maralı, Vətənimin köksü qalıb yaralı. AĞKİLSƏ,ZƏNGƏZUR,BAŞARAT BATI AZƏRBAYCANDA,yəni ermənistan adlanan yerdə yer adlarıdır. |
“Köç-köç oldu, köçdü ellər, obalar,”
Odu söndü, soyuq qaldı sobalar,
Bu dünyadan nisgil getdi babalar,
Soruşma gəl, haralısan, haralı?
Vətənimin köksü qalıb yaralı.
Yurdumuzu viran qoydu yağılar,
Dilimizdən indi düşmür ağılar,
Belə getsə köksüm başı dağılar,
Yurd həsrəti rəngim edib saralı,
Vətənimin köksü qalıb yaralı.
Ürəyimi alıb qüssə, qəm, kədər,
Elə bil ki, ömür keçir boş, hədər.
Ağkilsədə uyuyubdu Ələsgər,
İndi onun qəbri bizdən aralı,
Vətənimin köksü qalıb yaralı.
Zəngəzuru tutub çisgin, duman, çən,
Başaratda gülə həsrət göy çəmən.
Fəda, heç vaxt unutma gəl, bunu sən:
Tora düşüb o dağların maralı,
Vətənimin köksü qalıb yaralı.
Evet hasret dizeleri, vatanım, yurdum, hasretim, diyor şair kardeşimiz.Şiirini kutluyorum.Puanım tam.Yunusun diyarından selamlar.