A QİBLƏGAHIM...
“A qibləgahım”
Səni görəndən bəri Yandırır dağı ahım. Bilmirəm axı nədir, Nədir böylə günahım? Söylə, a qibləgahım. Dost-tanış yalan oldu, Rəngim saralıb-soldu, Ürəyim qanla doldu. Olmursanmı pənahım? Söylə, a qibləgahım! Hicrana dözüm necə? Gəl görüşək gizlicə. Yaman uzundu gecə, Nə vaxt gələr sabahım? Söylə, a qibləgahım! Qəlbimi yaxdın oda, İnsaf et, baxma yada. Neyləsin indi Fəda, Ölsünmü, üzü mahım? Söylə, a qibləgahım. |