İxtiyarların Yüreyine Deymeyin
QOCALARIN ÜRƏYİNƏ DƏYMƏYİN
Ömür gedir, bir də dala qayıtmır, Qocaların ürəyinə dəyməyin. Bu gün vardır, sabah birdən yox olur, Hörmət edin, nəzərlərdən qoymayın. Qocaların ürəyinə dəyməyin. Zaman keçir qamətləri bükülür, Saç ağarır, sədəf dişlər tökülür, Üz nurlanır, sevinc gözdən çəkilir, Taleyinə, ömürünə qıymayın. Qocaların ürəyinə dəyməyin. Bəzən yerli, bəzən yersiz danışır, Bəzən küsür, bəzən də tez barışır, Hərdən başı nəvələrə qrışır, Insaf edin arxasınca söyməyin. Qocaların ürəyinə dəyməyin. Kövrək olur qocalığın ürəyi, Müdrüklükdür bu dünyanın gərəyi, Bəs neyləyək?- kəsilməsin çörəyi, Ay Coculu gözünüzü döyməyin. Qocaların ürəyinə dəyməyin. |
Selam ve saygı ile