QOVUŞDUR MƏNİ...Sən getdin, elə bil söndü həyatım, Qırıldı, yanıma düşdü qanadım, Düşündüm ürəkdə qalar muradım. Qayıt, bu fikrimdən sovuşdur məni, Bir də öz sevgimə qovuşdur məni. Qalmayıb hicrana daha bir tabım, Nola ki,tükənə bu iztirabım. Gəl, yarım, sevgilim, gülüm, gülabım, O şirin dilinlə danışdır məni, Bir də öz sevgimə qovuşdur məni. Sən mənim şəkərim, nabatım, balım, Sənsizəm, yanına uçur xəyalım. Elə bir gündəyəm yoxdu bir halım, Özün gəl,özünlə barışdır məni, Bir də öz sevgimə qovuşdur məni. Uzaqda olsan da səni anıram, Sənsiz günlərimi sənli sanıram, Fədayam,alovsuz, gizli yanıram. Sən də yan, közünlə alışdır məni, Bir də öz sevgimə qovuşdur məni. |
Alkışlıyorum kalemi
Yüreğin var olsun
_______________________________Saygılar