Mavi Denizim
Mavi dənizim
İnsanın qəlbini oxşayan dəniz Bizimlə danışıb susmayan dəniz Sevginin əsiri köləsi dəniz Dalğalan dalğalan mavi dənizim Dənizin ətrini duyan məst olur Dənizə dərdini deyən çox olur Dənizlə yaşayan dənizlə olur Dalğalan dalğalan mavi dənizim Baxıram hamını sevir bu dəniz Sevincə qərq edib boğur bu dəniz Çox insan canını alıb bu dəniz Dalğalan dalğalan mavi dənizim Hərdən də Xəzərin çıxıb seyrinə Cənnəti görürəm öz gözlərimdə Dənizəm heyranam mən bu dənizə Dalğalan dalğalan mavi dənizim Xəyalə Dəniz |