Naxçıvanım döyünən tək ürəyim
Naxçıvanım döyünən tək ürəyim
Gözəl vətən çıxdım sənin seyrinə Qonaq oldum yurdum sənin evinə Baxdım bu gün məndə sənin sinənə Al qırmızı güllərini taxmısan Görənləri atəşinlə yaxmısan Qarış qarış gəzim gözəl torpağı Bəzəklidi həm oylağı,həm dağı Sərin olur yaylaqları, aranı Cənnət məkan olub mənim diyarım Aşıb daşır bulaqlarım çaylarım Yağış yağır torpaq çəkir köksünə Qonaqları cəlb eyləyir özünə Heyran qalıb hörmətinə sözünə Şiir sənət obasıdır vətənim Naxçıvanım döyünən tək ürəyim Batabatda məhşhurdu Zor bulağın Göz dağıdır çoxuna Haça dağın Qoruyur hər an səni solun sağın Qururlu yenilməz torpağım mənim Qoruyacaq bizi hər an Nuh gəmim Gələn şəfa tapacaq Duz dağında Asəf Kəfin adı keçir Quranda İsti vaxtı yeyib içsən Arazda Dəniz seyrə çıxıb gözəl məkanı Tanıtdırdı hər yerdə Naxçıvanı Xəyalə Dəniz.... |