Nigaran qalmışam mən səndən gülüm...Nigaran qalmışam mən səndən gülüm... Gözlərim yollara dikilib baxır Məhəbbətin məni yandırıb yaxır Sevgimiz göylərdə sayrışıb axır Nigaran qalmışam mən səndən gülüm... Dedilər xəstəsən ürəyim yandı Çarəsiz baxışlar məni odladı Gəlməyi istədim qoyan olmadı Nigaran qalmışam mən səndən gülüm... Sevmişdim mən səni dəlilər kimi Heç kimi sevmədim mən sənin kimi Gözlərim yaşlıdır qumrular kimi Nigaran qalmışam mən səndən gülüm... Leylidə Məcnunu sevirmiş belə Məcnunda sevgidən düşdü çöllərə Bu sevgi çoxunu batırıb qəmə Nigaran qalmışam mən səndən gülüm... Sevənlər sən demə olurmuş xəstə Hər sevən sevəni itirməz belə Desələr yetiş sən son nəfəsinə Nigaran qalmışam mən səndən gülüm... Ya Rəbbim eşqinə qıl məni cəfa Olmadı heçkimdən mənə bir vəfa Xudaya rəhm eylə ver özün şəfa Nigaran qalmışam mən səndən gülüm... Hər gecə dualar edirəm sənə Məktublar yazıram ünvansız yerə Bilirəm çatacaq öz mənzilinə Nigaran qalmışam mən səndən gülüm... Dəniz yazacaq sevgiyə nəğmə Hər sevən insana olsun hədiyyə Dastanlar yazılsın mənim sevgimə Nigaran qalmışam mən səndən gülüm... Xəyalə Dəniz |
Tebrikler bacım. Yüreğine kalemine sağlık. Selamlar.