8
Yorum
16
Beğeni
5,0
Puan
2017
Okunma

Olam
İstərəm baharın həm qışın olam
Yağışın damlası tək qəlbinə yağam
Çiçəklər üstündə şeh damcı olam
İstərəm hər fəslin ətrini duyam
Dağlarda lalə tək açan mən olam
Dilində nəğmə tək oxunam duram
Mən sənin sədəfdən biur incin olam
Başına çələngdən bir çiçək quram
Mən sənin gördüyün gözlərin olam
Məni tanımayam baxsın mən buyam
Yazdığın əlində mən qələm ollam
Sevginin yolunda bilin mən qulam
Getdiyin hər yerin kölgəsi ollam
Hərdəndə özümdən çıxan bir çayam
Sən desən mən sənin cananın ollam
Günəşə bənzərəm parlaq bir nuram
Xəyalə Dəniz
5.0
100% (15)