Kölgəmə
Kölgəmə
Baxıram kölgəmə donub qalıram Elə bil izləyir məni durmadan Suallar içində mən qovruluram Cavab tapmayanda lal kar oluram Yatanda duranda gəzəndə belə Çıxırsan qarşıma ay kölgəm mənim Dostlarım sevdiyim çıxıb getsədə Ayrılmaz hissəmsən ay kölgəm mənim Ağlasam yaşımı görəndə sənsən Dərdimi dinləyən biləndə sənsən Yazdığım yazıda əksimdə sənsən Duyuram səsini nəfəsimdə mən Kölgələr qəlbimi yarıya böldü Kölgələr gözümdə diləyə döndü Mən qaçmaq istədim o mənə güldü Gülüşü ömrümdə xoş günə döndü Sağımda solumda kölgəm dayanıb Dənizin yolunu kölgələr alıb Kölgədə saf qəlbin aynası olub Kölgədə mənim tək kölgəli olub .Xəyalə Dəniz |
Tebrikler, sevgilerr..