Dostlarıma
Ey ürək dostlarım,can qardaşlarım
Həsrət yağmurunun sellərindəyəm Sizlərə sevdalı çiçək baxçamın Solub saralmayan güllərindəyəm Vüsal intizarın şəlaləsində Bülbülün güllərə həsrət səsində Alovun göylərə bəhsə bəhsində Günəşin nur saçan tellərindəyəm Qar boranlı qışın yaz baharında Batan al günəşin qəm qubarında Ürəyin ürəyə əhd ilqarında Sevən könüllərin əllərindəyəm Ceyranın o ürkək boylanmasında Durna qatarının qıylamasında Qurdun haray cəkən ulamasında Qartalın, şahinin zillərindəyəm Şövqü şəfəqində şehli ləçəyin Ən gözəl ətrində qülün çiçəyin Cıqqa tellərində nazlı göyçəyin Nazu ədaların fellərindəyəm Narın dalqaları həzin nəğməli Orman kölgəsindən vəsmə ,sürməli Aya ay göstərən gümüş çöhrəli Zümrüd tək bərq vuran göllərindəyəm Bəşər kəhərinin dər cilovunda Şəri yox eyləyən nur alovunda Sönmüş ocaqların qar qırovunda Közərən kösövün küllərindəyəm Məcnunun Kəbəyə sevda yönündə Vüsalın inləyən həzin ünündə Kədər karvanının qəmli önündə Həsrət səhralarnın çöllərindəyəm Könül dostlarımın ürək səsində “Mərhəba” söyləyən türk nəğməsində Türklüyün kaləsi lisan dərsində Hocamın o tatlı dillərindəyəm Ellidən bu sözü hər yerə yazın Bilgə kağanımın daşına qazın “Küsənmə yadlığa ,özün ol ,özün” Turan dünyasının ellərindəyəm. |