(Əsir ellərimizi xatırlayarkən)
Ey konül,gəl yenə güzar eyləyək
Ürəklər dağlayan əsir ellərə Xaraba yolları ,viran bağları Yağı tapdağında həsrət bizlərə Vətən dağlarından duman enməyir Yurd dərdi sinəmdə durub ,dinməyir Sevgidən yazmağa qələm dönməyir Od,alov heyrətdə yanan dillərə Şehli çəmənlərdə bənövşə,nərgiz Aşılmaz qönçədə yandılar narsız Qızılgüllər ağlar sevdasız yalqız Gülüstanlar döndü səhra ,çöllərə Həzin bulaqqların, haraylı seli Nəğməli çayların,o dəli yeli Sıldırım qayada tək bitən gülü Min sevda saxlayır nar könüllərə Ildırım,şimşəklər sönüb,çaxmayır Yağışlar yağmurlar donub,yağmayır Sazım ,tar,kamanım sınıb,çalmayır Ellinin harayı qalxar göylərə |