Ölüm gerçəyi 1Bir ömür yol üstde gözləyir məni Gedirəm dalınca daban-basaraq Qara kölgəm kimi izləyir məni Nə candan dostumdur, nə məndən ıraq Dünyada kimsəyə verilməz tapu Burayla oranın ayrı hesabı Bu yanda üzünə qapanır qapı O biri mənzilə aralanaraq Bu nece həyatdır, nələr cızılır Yer üstünə paydos altı qazılır Adım başqa bir listəyə yazılır Burdaki listədən qaralanaraq Məzarım yonulur hansısa daşdan Tabutuma odun hansı ağaçdan Tərk etsin yaxınlar dönsün yamaçdan Hüzur tapdığım kəfənə sararaq |
Bir ömür yol üstde gözləyir məni
Gedirəm dalınca daban-basaraq
Qara kölgəm kimi izləyir məni
Nə candan dostumdur, nə məndən ıraq
Dünyada kimsəyə verilməz tapu
Burayla oranın ayrı hesabı
Bu yanda üzünə qapanır qapı
O biri mənzilə aralanaraq
Bu nece həyatdır, nələr cızılır
Yer üstünə paydos altı qazılır
Adım başqa bir listəyə yazılır
Burdaki listədən qaralanaraq
Məzarım yonulur hansısa daşdan
Tabutuma odun hansı ağaçdan
Tərk etsin yaxınlar dönsün yamaçdan
Hüzur tapdığım kəfənə sararaq
Lap gözelidi qelemiye guvvet üstad
Beğendim oxudum ve algışlıyıram
__________________________________Salam olsun ata yurduma