0
Yorum
0
Beğeni
0,0
Puan
576
Okunma
Gözüm bir sarışın xanıma düşə,
Yeriyəm,solumdan yanıma düşə,
Od ola sevdası,canıma düşə,
Alam qadasını naz eləyəndə.
Gönlün nə gündüzü gecəsi ola,
Başıma fırlanan neçəsi ola,
Biri bizim evə köçəsi ola,
Mövsümlər payızı yaz eləyəndə.
Qədərin sözünə gülməyim gəlir,
Başaram,alnımdan silməyim gəlir,
Biri var qoynunda ölməyim gəlir,
Teli sinəsini saz eləyəndə.