UMUTSUZ SERÇELER
***
("xəzandan sonra qışdır" şeirlərindən) <>... Bayramın son sabahı... Sanki,ayrılıq anı... Hava bomboz buludlu, Yer göy tutmur dumanı. Ağacların dalları... bir birinə dolaşmış. Gün tutmayan yamaclar bütöv qara bulaşmış. Sıcağın həsrətinə torpaq ağlarkən zar zar, Susqundu məzar təki bağçalar,xiyaba nlar. Susqundu rüzgarların yarpaqlarda nidası, Susqundu ayaqlarda təkmələrin sədası. Son ucu sınırlara dayanı yollar susqun, Səbrlərə sancılı Dirəklər,kollar susqun. * Qış buz köynək toxuyur canlara soxalardan, Şaxtası qancıq kimi əl çəkmir yaxalardan. Təbiət hal dəyişir, Bəzən kural dəyişir. Fırladıb mövsümləri sırıyır öz qışını, Dilənçi torbasına atır son quruşunu. Acılı sazağından dumağ qarı üşüyür. Qar üstündə daş kimi yuvasız boz sərçəcik... Ayaqları üşüyür. Tükləri kirli,pırpız, Səfil çocuqlar kimi, arzuları qar kimi... Tanrı ərməğanıdır bir cüt sallaq qanadlar. Nereye uçacaq ki, nerede mutluluq var?! Həyat şətrənc oyunu, vəziri,şahı qəhbə, Göydə allahı susqun, yerdə ...ullahı qəhbə. Doğrular həp qaybedər, düzənbazlar qazanar. Oynayıb qazananlar oyundan var qazanar... * Ah,bu minik sərçəcik, Yazıq,cikcik sərçəcik! Tanrı rızqına möhtac, Dimdiyində qədəri. Bir dən boyda sevinci, Yüz dən boyda kədəri. Qədərə boyun əymiş, Domuşuq halinə bax. Mənasız bayramlara açan mənasız sabah sərçə xəyallarında bir çöp qədər dəyərsiz. Bir az sıcaq,bir az yem, yuvadı bircə dərdi. Dağıdacaq dünyanı dünyanın sərçə dərdi. * Umacaq şey qalmamış, Zatən dünya umutsuz. Mutsuz kəsləri kimi cərçələri də mutsuz... *** |