ÇİÇEK KAN KOKUYOR
<>
Sədasız rüzgarlar, məni də götürün. Aşırın dağları, Vətənə yetirin. * O yerlər mənim mi? Hüzn var o yerdə. Kurumuş söyüdlər, çinarlar o yerdə. * Ot basmış yolları, adamsız duraklar. Keçilmir cığırlar, içilmir bulaklar. * Göğsündən vurulmuş dağların maralı. Harmanlar sovrulu, bostanlar uralı. * Obalar dağılmış, məzarlar şumlanmış. Gəlinlər haylanmış, oğullar damlanmış. * Kollarda kələfcə, gömlək qan kokuyor. Üstünə şeh düşmür, çiçək kan kokuyor. * Koparır tufanlar kökündən çıkanı. Ağızlar yumulu, kulaklar tıkanı. * Tabaklar əkməksiz, hamurlar gündəsiz. Camelər allahsız, allahlar bəndəsiz. * Alınlar düyünlü, kırışlar uzanır. Ömürlər kısalır, karışlar uzanır. * Karaldır kahpelik katığın rəngini. Ayaklar baş edir mütrübü,çəngini. * Çürüdür ahlakı sürtülmüş sürtüklər. Kokuyor insanlık, kalkınca örtüklər. * Kızaran yüzlərdə bozaran parıltı. Təbəssüm yerinə mənasız hırıltı. * Tuşlanmış barmaklar vicdanın gözünə. Tükürür oğullar babalar üzünə. * Gülləri solukmuş, göyərmiş çayırlar. Bu yerdə insanı ürküdüb sayırlar. * Başını bırakıb fikrimin boşluğa. Salıram yolunu toprakdan daşlığa. * Koy olsun,yenə də ağrısı mənimdir. Yalanı mənimdir, doğrusu mənimdir. * Oğluyum,çağırsa dönməyə üzüm var. Müşgülün çözməyə aklımda çözüm var. * Usanmış bu bədən, getməyə can çəkir. Vətəndi,anadı, neynəyim kan çəkir. *** |
Tabaklar əkməksiz,
hamurlar gündəsiz.
Camelər allahsız,
allahlar bəndəsiz.