HATIRALAR SOKAĞI
OVUCDA QAR DANƏSİ
<<>> Addımlar ağır ağır, Baxışlardan buz yağır. Dodaqda şaxta izi, Sazaq qovurur üzü. Fikirlər tam dolaşıq, Gözlər donuq,bulaşıq. Ayaqaltı sürüşkən, Əllər havada qalmış. Göydən gələn umutlar Sönmüş sobada qalmış. Damlarda arasıra Sallanır lom sırsıra. Sona yetməyən istək, Həm qarışıq,həm tək tək adamsız ləpirlərin ləpirsiz adamları... Qar örtmüş tüm damları. Səmada nələr nələr, Buluddan boz pərdələr, Üstünə ulduz yağır, Göz yaşından duz yağır. * Dəli sevənlər kimi gönlü yara susamış, Topraq qara susamış. Nidasız duaların, Səssiz yalvarışların qar yağır üzərinə. Qar yağır narın narın... Məndən beş addım ötə xatirələr sokağı, Qısılır xəyalıma ömrün çocuqluq çağı. Kiçik ovuclarıma sığışmayan ovuclar. Tənbəl tənbəl yağır qar. Onun yanaqlarında ilk eşqin qızartısı, Mənim dodaqlarımda ehtiras işartısı. Bəbək üzlü o məsum sevdalanmış çocuqluk, Boz,bəlirsiz duyğular... Qar üstünə yağır qar. Hələ alnım qırışsız, Hələ əllərim sıcaq. Xatirələr bir qarış, Xatirələr bir qucaq. Bir sevda əfsanəsi- Ovucda qar danəsi... *** |
Hələ alnım qırışsız,
Hələ əllərim sıcaq.
Xatirələr bir qarış,
Xatirələr bir qucaq.
Bir sevda əfsanəsi-
Ovucda qar danəsi...
***
Gardaş çox gözeldi usta qelemi üreyi salamlıyıram
Ürey sesin susmasın
____________________________Salam ata yurduma