BilmirəmSən mənim ruhuma nece hopmusan Anlaya bilmirəm ana bilmirəm Nə sənsiz təsəlli tapmayır ürək Nə də bu eşqimi dana bilmirəm Olmuşam az qala divanələr tək Axar göz yaşlarım niranələr tək Məhəbbət şəmində pərvanələr tək Elə bir dəfəlik yana bilmirəm Necə çalxaladın zirək könlümü Vüsal çırpıntımı, dilək könlümü Sənmi əridirsən mumtək könlümü Sənmi gətirirsən cana bilmirəm Sən ey cazibəli boyu bəstəyi Gəl dirilt elsevər könlü xəstəyi Rəbbim ürəyimdən mehri istəyi Necə aldı verdi sana bilmirəm |