1
Yorum
0
Beğeni
0,0
Puan
715
Okunma
Hər yazını yazmır qələm,
Ərki çatmır yaza ,hələm,
Yunus kimi yaza biləm,
Köyümün daşından yazam.
Adəmi Həvvaya qatam.
Cənnəti buğdaya satam,
Olursa olsun qoy hatam,
Dünyanı başından yazam.
Dizimi yerə dayadam,
Yeri bin rəngə boyadam,
"Əshabi kəhfi" oyadam,
Üç asr yaşından yazam.
Verəm əlinə əsanı,
Salam çöllərə Musanı,
Çarmıxa çəkəm İsanı,
Tayından tuşundan yazam.
İbrahimin doğrusundan,
Nuhun tufan ağrısından,
Tanrının son çağrısından,
Çağrı savaşından yazam.
...Həyat böylədir, həmahəng,
Yüz rəngə doğur yeddi rəng,
Bir az doğru,bir az cəfəng,
İçindən, dışından yazam.
Dünya puçdu təməlində,
Şeytanlıq var əməlində,
Giriftar oldum əlində...
Bərkindən boşundan yazam,
Dünyanı başından yazam.
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.