DÜNYANIN İŞİ
*****
Mat qalmışam bu dünyanın işinə, Aldı məni,çəkdi azı dişinə, Qara Oğlan çox da döymə döşünə, Mis pul kimi xırdalayar səni də. * Qüvvətı var,qüdrəti var,gücü var, Qiyamı var,qisası var,öcü var, Peşkeşi var,həracı var,bacı var, Danamazsan bircə ovuc dəni də. * Tanrısıdır nütfədən can düzəldən, Mələk yapıb,sonra şeytan düzəldən, Gədanı xan,xanı sultan düzəldən, Odur bilən öləcəyin günü də. * Mən Vahidəm,Tanrı özü göndərib, İman verib,hakk yoluna döndərib, Gün gələcək miniyinə mindirib Aparacaq uzaqlara məni də. *** mat qalmaq-şaşırmak mis pul-bozuk para xırdalamaq-harcamak dən-buğday (tane) danmaq-inkar etmek düzəltmək-yapmak miniyinə mindirmək-aracına bindirmek * |
*****
Mat qalmışam bu dünyanın işinə,
Aldı məni,çəkdi azı dişinə,
Qara Oğlan çox da döymə
döşünə,
Mis pul kimi xırdalayar səni də.
*
Qüvvətı var,qüdrəti var,gücü var,
Qiyamı var,qisası var,öcü var,
Peşkeşi var,həracı var,bacı var,
Danamazsan bircə ovuc dəni də.
*
Tanrısıdır nütfədən can düzəldən,
Mələk yapıb,sonra şeytan
düzəldən,
Gədanı xan,xanı sultan düzəldən,
Odur bilən öləcəyin günü də.
*
Mən Vahidəm,Tanrı özü göndərib,
İman verib,hakk yoluna döndərib,
Gün gələcək miniyinə mindirib
Aparacaq uzaqlara məni də.
***
Yüreğine sağlık üstadım yine çok güzeldi
Zengin bir şiirdi okudum
Yüreğine sağlık.... Saygılar