ÖLDÜRÜR BENİ
ÖLDÜRÜR MƏNİ
Bir sərvi boylunun, incə bellinin, Ədası, qəmzəsi öldürür məni. Bircə kərə camalına baxmağa, Hər səhər o başdan qaldırır məni. Ayna qabağında bəzənib durur, Zülm edib özünü incidir, yorur, Mənimsə tükənmiş səbrimi qırır, Bir haldan, bir hala saldırır məni. Zülfünü darayıb atır gərdana, Şəst ilə qarşımdan keçir mərdana, O, gedir qalıram mən yana-yana, Hamıya şikəstə bildirir məni. Qıyğacı baxaraq süzür gözünü, Çaşıram görəndə məsum üzünü, Gərək ki, söyləyəm sözün düzünü, Xəfifcə bığaltı güldürür məni. Coculunu bir atəşə yandırır, Hər mətləbi agah edir, qandırır, Mat qalıram, heykəl kimi dondurur, Nə danışır, nə də dindirir məni. |