A QAĞA
QAĞA --AZƏRBAYCANIN ÇOX BÖLĞƏLƏRİNDƏ VƏ O CÜMLƏDƏN BİZİM KÖYDƏ BÖYÜK QARDAŞA --AĞABƏYƏ (ABİ) MÜRACİƏT. HÖRMƏTLƏ ÖZÜNDƏN 3-5 YAŞ BÖYÜK OLANA EDİLƏN MÜRACİƏT
Eylədim öz- özümə sorğu- suallar ,a qağa Çıxam Adamdan olam İnsana həmvar ,a qağa Eylədim elani -cəng mənlərimə mən Mən ilə Doluşub qəlb evimə tülkü ,canavar a qağa Döyüşə girmək üçün bulmağımız müşküli- kar Kimi sorsan - "pak olan", kimdi günahkar ,a qağa Edəməzsən yoxacan ,əsarətin pilləsini Var ikən qəlb evində kölə ,ağalar ,a qağa Gör neçə nərlərin ovsarı ilişib ulağa Hansı axmaq dəvəni eşşəyə bağlar ,a qağa Bundan artıqmı olacaq axsaq ilə kora qalan Dünyada haqqa çatıbmı,haqq olanlar ,a qağa Yaltağa kimliyini söyləyəndə görsə idin Üstümə həmən hücumda bu qoçaqlar ,a qağa Məni yandırmaz idi üstümə gəlsə rus, nemes Şad olam ki, döyüşüm ,qartal ilə sar, a qağa Dünyanı gəl ötəlim ,gerçəkliyin mənasına Şükürümdən ucaya Ellilərə var ,a qağa |