oğuz soyluyam
Ey Haqqa tapınan haqq oğulları
Göybaşlı kökənli, göy Oguzluyam Başmı dik tutmağı öyrədib babam Namus ,qeyrət Yollu kəndin oğluyam Haqqıxlı el -obam Oğuz soyluyam "Sən torpaq altında ,mən də üstündə Baxmam başqasına olsa hüsnündə" Dərd,qəm ,qüssə ,kədər yanan köksündə Əhdinə vəfalı,ərlər oğluyam Haqqıxlı el- obam,oğuz soyluyam Sevgisi uğruna ölənlər olub Üçcə gün gəlınlik geyənlər olub "Yoxdur Əmir kimi" deyənlər olub Ömrünün föfqündə bitən, oğluyam Haqqıxlı el- obam Oğuz soyluyam Emnə ,Urquyalar,Naxışdı,Bəsti Namusu qeyrəti aləmə səsdi Hürnisə ,Zeynavı pakdı,munisdi Şanı ğöylər olan ana oğluyam Haqqıxlı el- obam Oğuz soyluyam Dilarə müəllim səcdə, təzimlik Ləyaqət,Şərafət ona şöhrətlik Duymadı oğullar heç dədəsizlik Fəxr ,Fərəh bildi ANA oğluyam Haqqıxlı el- obam Oğuz soyluyam Şərəfin saxlayan namus qeyrətlə Mərziyə xalaya hər kəs hörmətlə Xalq kişi adını verdi izzətlə Həyatın fövqünə varan oğluyam Haqqıxlı el-obam Oğuz soyluyam Bax belə analr bizləri doğdu İçində nifrəti,kinini boğdu Qeyrəti arsıza bıçaq tək oxdu Ar namus ismətli ana oğluyam Haqqıxlı el obam Oğuz soyluyam Kəndin kişilərin yazsam bitməz ki Mərdlik igidliyə heyrət yetməz ki Bağırsam dağlara ünüm yetməz ki, Vətənin özləyən qubar oğluyam Haqqıxlı el -obam Oğuz soyluyam Hər kəsi vəsf etsəm qələmmi yetər Ruhlara, ey ruzgar, üzürlər yetir Ölümlə öcəşsəm ölüm də bitər Türk ruhlu,türk nurlu türkün oğluyam Haqqıxlı el- obam Oğuz soyluyam Düz sözü söyləmək ,sözü düz demək Olubdur məramı doğruya yetmək Dar gündə etmişlər kasıba kömək Səxavətdə Tayi Hatəm oğluyam Haqqıxlı el- obam Oğuz soyluyam İnsana Sədaqət ,İnam Elliyəm Şair ürəkliyəm ,aşıq dilliyəm Həmədan əsilli kökü bəllıyəm Dünyanı qurtaran Turan oğluyam Haqqıxlı el- obam Oğuz soyluyam |
Kalemin daim olsun.
Selam ve saygı ile Allah'a emanet ol.