türk ruhuna nar olasanKimdir ol məndə Məni həp arayan ? Kimdir ol soyularaq haqq sayılan? Kimdir ol Azadlığna parçalanan? Sarsıdan orduları ,Türkümə həmvar olasan Dünyanı qurtaracaq Türk ruhuna nar olasan Nədir ol Sonsuz ilə Kamil olan? Nədir ol Əbədiyə şamil olan? Nədir ol Əzəlidən hasil olan? Acasan bu sirri həmən elmi cahandar olasan Dünyanı qurtaracaq Türk ruhuna nar olasan Tanrıdan nizamlığa nazil olan Nehrudan "ağlamağa" hazır olan Barışı əzbəri -dil, adil olan Tanıyıb budununu, sabahına yar olasan Dünyanı qurtaracaq Türk ruhuna nar olasan Həqqi məndə arayıb, Həqqə varan Cahili Kamil edib,İnsan sayan Kim idi xof qorxuyla hökm yapan Atmış Ol beşcə yüzil ,bil ki,aşikar olasan Dünyanı qurtaracaq Türk ruhuna nar olasan O da kim?! gəl demədən Yol göstərən Zoru yox ,yalanı yox göydən yetən Yolunda Azadlığın candan keçən Oxşa sən qartala ki,ovçuluqda sar olasan Dunyanı qurtaracaq Türk ruhuna nar olasan Kim idi eşq yoluna biyyət edən Dərd ,Kədər,Qəm,Qüssəsiz....fəryad edən Hicranın canı-dili ....həyat bilən Ümmanı -sevgisi çox eşqinə qəmxar olasan Dünyanı qurtaracaq Türk ruhuna nar olasan Dəyişən ölümlüdür,dəyişmə sən Dəyiş ki,Dəyişməz ol .ölməyəsən Söylənər---Yox olanda Var Olasan Bəs necə var olmadan Yoxluğuna Var olasan? Dünyanı qurtaracaqTürk ruhuna nar olasan nar---od,alov..... bu bir bağlama açan istərəm |
Saygılarımla........