TÜRK RUHU
Tənhalıqda axtarıram mən MƏNİ
mən düzəndə MƏN zirvədə olandır Yol sildirım düzən lalə çəmənli mən şəməndə MƏN sıldırım YOLdadır döyüşdüm Satqınla Sədaqətimlə öcəşdim Qlümlə Cəsarətimlə Namusu qorudum AR İSMƏTİMLƏ Amalın Yolları dolam dolamdır Azadlıq istərəm Mütləq Mənada Mahiyyət olarsa vardır Məna da Xoşbəxt yaşayarsan İNSAN olanda bunlarsız Bəxtəvər olmaq yalandır Türkəm Birsifətlik huyum xasyətim Şəhvətlə döyüşə silah QEYRƏTİM İnancıl yarandım ---daim töhmətim Muğamım MÜTLƏQƏ tam qovuşandır Ölümlə öcəşdim Qəhrəman oldum adamla döyüşdüm MƏN--İNSAN oldum Sazımla Göylərə qovuşan oldum Ruhani gönlümdə ALİ olandır |