ucu sonu yox
Suallar başımda dağdan axan sel
Bir kələf kimidir ,ucu sonu yox Birmidir - beşmidir fırtınalar tək Şahə qalxan dalğa ,ucu sonu yox Hanı dağdan uca dağ dağlığımız? Hanı ormanlarda sirri -sorağmız? Hanı göylərdəki azadlığımız Təbiət Mənadır---ucu sonu yox Dünyanı mədh edib ,göyə qaldıran Nədən görəmmədin---yolunu azan Ata ,anasını evindən qovan Bəşərin günahı,ucu sonu yox Məhəbbət .nə qədər ucuz,qiymətsiz Analar balasın edib hörmətsiz Reklamı mal-mulkdən ötə,söhbətsiz Sevgimi,bazarmı? ucu sonu yox Özgəyə bənzəmək özünü danmaq "Şərəf şərafətmiş" yada yalmanmaq Yalmanıb yallanıb,dalda sallanmaq Çoxmu yal yalayan? ucu sonu yox Özündən qoparsan ,yoxluq olarsan Əriyib hoparsan ,boşluq qalarsan Kökündən saparsan,soysuz qalarsan Kökünə xor baxan ,ucu sonu yox Dünyanı dünyalıq yaradır inan İnsanlıq olmasa var olmaz İnsan Həyatın Mənası---Amal yaradan Əbədi kamildir,ucu sonu yox Vətənsiz --Vətənli vətənpərvərlər Vətəndə--vətənsiz Vətən bilməzlər Vətən -- Vətənlini Vətəndə bilər Vətəndir Turanım,ucu sonu yox |