0
Yorum
0
Beğeni
0,0
Puan
1418
Okunma

sevda səsi bir səski, sevirsən səsi kimsəs,
hər yerdə səsi aşqa devir-sən, səsi kimsəs.
oysa mənə sevgim ürünü, dərd boyu özləm,
vermiş deyə vurğun, iç ərirdən səsi kimsəs.
andan ana çəkdim çilə, sevda harayın çün;
torpaqlara qundaqlanacaq, dən səsi kimsəs.
hər kim sus içir, sus çaxırın duymur içirdən,
çoxdan özü ölmüş dağiçir, çən səsi kimsəs.
bu səs dadını kim ki , yasaq sandı nə bilsin,
tanrımla doğurdan doğur, öz, mən səsi kimsəs.
çılğıncası aldım payımı şimşək ucundan,
susmazlığı Orxan Yeniseydən, səsi kimsəs.
M. Ərğəvan
20/12/2011
Divan-i ərğəvan(72)