Aparır Yol Seni Hara
Bu günün incidir, ağrıdır səni,
Bu gündən sabahı görə bilmirsən. Bu günün dünənin ətalətidir, Sabaha zəmanət verə bilmirsən. Dünən yalan idin, doğru deyildin, Dünən düz olmadın, bu gün əyildin, O, gündə, dünəndə elə beləydin, Çün ki, sən hədəfə vura bilmirsən. O, biri günün də dünən kimiydi, O, günə , dünənə kim hakimiydi, Fərman verən, fərman alan kim idi? Özünün yolunu qura bilmirsən. Yolsuzluq bu hala salıbdır səni, Yol verən pul ilə alıbdır səni, Dolayı yollarda yorubdur səni, Aparır yol səni hara bilmirsən. |
Gönülden gelen ses ile dostunu uyaran şairi tebrik ediyorum.
Selâmetle..