Düşmeyesen Dara Şair
Qurbanov Seyfəddin(Mayor) Süleyman əmimin
oğlu. Natamam orta təhsilli. Mənə yazdığı şeir. DÜŞMƏYƏSƏN DARA, ŞAİR Sökülüb gedir bu dünya, Boylanırsan hara, şair. Beynin dolu cibinsə boş, Qalıbsan avara, şair. Hanı qoç Koroğlu, Qırat, Mərdlər getdi saat-saat, De sözünü xalqı oyat, Bəlkə tapdın çara, şair. Kim bilirdi dünya aza, Meylini sal oğla-qıza, Öz dərdini yaza-yaza, Aç söylə sən yara, şair Daha getdi o, zamana, Dünya qaldı yol azana, Hörmət varmı hər yazana? Sən də bəxti qara, şair. Hanı gürdüyün ərənlər, Ayaq açdı iş verənlər, Bu dünyanı düz görənlər, Ilişibdir tora, şair. Şair Seyraqif Coculu, Oldun sazın-sözün qulu, Kimin varsa çoxlu pulu, O, da yetər vara, şair. Mayor tamamlar sözünü, Fikirləş əyri, düzünü, Biclər alıb yer üzünü, Düşməyəsən dara, şair. Mayor Şindioğlu |
Saygılarımla